...

Azərbaycanda QHT-lərə Dövlət Dəstəyi Şurasına qərargah ayrılıb

Cəmiyyət Materials 21 Aprel 2008 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir C.Babayeva/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına qərargah ayrılıb. Bu barədə bazar ertəsi Trend -a Şuranın üzvü, "İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı məlumat verib.

Azərbaycan prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Osmanlının bildirdiyinə görə, Şura üçün Baytarlıq İnstitutunun birinci mərtəbəsi ayrılıb.

"Baytarlıq İnstitutunun birinci mərtəbəsində sabahdan təmir işləri aparılacaq. Təmir başa çatdıqdan sonra Şura qərargahda fəaliyyətə başlayacaq", deyə Osmanlı qeyd edib

Azərbaycan prezidentinin 2007-ci il 13 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə"yə uyğun olaraq, 11 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərəcək Şura üzvlərindən 3-ü dövlət orqanlarının nümayəndələrindən, 8-i isə Qeyri-Hökumət Təşkilatlarının irəli sürdüyü namizədlərdən təyin edilib.

Xəbər lenti

Xəbər lenti