...

Azərbaycanın Güləş Federasiyası FİLA prezidentinin ittihamları ilə razılaşmır

Cəmiyyət Materials 21 Aprel 2008 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın Güləş Federasiyası güləş üzrə milli komandalarının rəisi Yaqub Məmmədov Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinettinin Azərbaycanın tezliklə zəngin güləş məktəbini itirəcəyinə dair fikri ilə razılaşmır. "Azərbaycan güləşində hansısa ciddi problem yoxdur", bazar ertəsi Trend a Məmmədov deyib.

Martinetti Rusiya mətbuatına verdiyi açıqlamada Azərbaycan güləşinin bugünkü durumuna toxunub və legioner güləşçilərin sayının çox olmasını mənfi hal kimi qiymətləndirib.

Bu ilin yayında keçiriləcək Pekin Olimpiadasına vəsiqə qazanan Azərbaycanın 6 sərbəst güləşçisindən 4-ü rusiyalı legionerdir.

Məmmədov qeyd edib ki, güləş yığmalarına legionerlərin cəlb olunmasında heç bir problem yoxdur. "Bizdə kifayət qədər perspektivli gənclər var. Onların gələcəyinə inanırıq. Qarşıdakı Pekin Yay Olimpiadasına xeyli sayda lisenziya qazanmışıq və bu iş hələ də davam edir".

Azərbaycan güləşçiləri Pekin Yay Olimpiya Oyunlarına 18 çəki dərəcəsində 11 lisenziya əldə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti