...

Azərbaycan Milli QHT Forumunun prezidenti istefa verəcək

Cəmiyyət Materials 21 Aprel 2008 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir Q.Cəbiyev/ Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri seçilən Azay Quliyev Milli QHT Forumunun (MQF) prezidenti vəzifəsindən istefa verəcək. Bu barədə bazar ertəsi Trend -a Quliyev məlumat verib.

Aprelin 21-də millət vəkili Quliyev Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri seçilib. İclasda həmçinin Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin ictimai-siyasi təşkilatlarla iş sektorunun müdiri Tahir Süleymanov müavin, Maliyyə Nazirliyinin sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini Vüqar Məcidli isə katib seçilib.

Quliyev deyib ki, o, bundan sonra MQF-yə sədrlik edə bilməyəcək. "Yaxın günlərdə MQF-nin İdarə Heyətinin toplantısı keçiriləcək və yeni sədrin seçilməsi üçün qurultayın vaxtı müəyyənləşəcək" o əlavə edib.

MQF-də 469 QHT təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti