...

Gülyanaq Məmmədovanın konserti təxirə düşüb

Cəmiyyət Materials 22 Aprel 2008 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /müx. TrendLife Günel Əhmədova/

"Bu ərəfələrdə mənim solo-konsertim təqdim olunmalı idi. Artıq repertuar qurulmuşdu və hansı musiqiçilərlə çıxış edəcəyimiz bəlli idi. Amma bütün bunları qeyri-müəyyən vaxta kimi dondurmaq məcburiyyətində qaldıq" - bu sözləri TrendLife-a müğənni Gülyanaq Məmmədova bildirdi. Konsertin təxirə düşmə səbəblərini isə müğənni sirr saxlamır. Çünki bir həftə öncə müğənni ilə bağlı təqdim etdiyimiz məlumatda onunu iyul ayında ana olacağını qeyd etmişdik.

Gülyanaq xanımın əlavəsinə görə, konsert hazırlıqları hələ ötən ilin yay aylarından yaradıcılıq planına daxil edilmişdi. O, ana olacağını biləndən sonra qərarından daşınıb: "Bilirdim ki, layihənin hazırlığı bir qədər vaxt aparacaq. Bu vaxt isə solo proqramla səhnəyə çıxmağım bir qədər gülünc görünərdi. Bu səbəbdən konserti təxirə saldım. Hələlik bu barədə düşünmürəm. Övladımı dünyaya gətirəndən sonra layihə barədə qəti qərar verəcəm".

Xəbər lenti

Xəbər lenti