...

Müğənni Röyanın Gəncədə verdiyi konsert bəxbəxt hadisə ilə başa çatıb

Cəmiyyət Materials 22 Aprel 2008 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /müx. TrendLife Safura/

Dünən müğənni Röya Gəncə şəhərində konsert proqramı ilə çıxış edib. Lakin konsert bədbəxt hadisə ilə başa çatıb. Hər konsertdə olduğu kimi, bu proqramın sonunda da atəşfəşanlıq olub. Atılan fişənglərdən biri 11 yaşlı Sərxan Məmmədovun və daha iki azyaşlının ciddi xəsarət alması ilə nəticələnib. Məsələyə aydınlıq gətirən konsertin təşkilatçısı prodüser Tolik hadisəyə bu cür şərh verib: "Röyanın konserti Gəncədə yüksək səviyyədə keçdi. Sonda Röya "Azərbaycan" mahnısını ifa edəndə atəşfəşanlıq oldu. Daha sonra nə olduğunu biz bilmirik. Ümumiyyətlə, bu bizim problemimiz deyil".

Xəbər lenti

Xəbər lenti