...

Müğənni Səyyad Əlizadə yaradılıcılıq işlərinə davam edir

Cəmiyyət Materials 22 Aprel 2008 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /müx. TrendLife Türkan İmaməliyeva/

Səyyad Əlizadə efirdə az-az görsənməsinin səbəbini aydınlaşdırmaq üçün onunla əlaqə saxladıq. Müğənni bildirdi ki, bəzilərindən fərqli olaraq yeri gəldi-gəlmədi efirlərdə görünməyi sevmir. Qalmaqaldan da uzaqdır. Söhbət zamanı o, bildirdi ki, hazırda başı yaradıcılıq işlərinə qarışıb. Odur ki, efirlərdə yenilikləri ilə görünməyə çalışır. Yeniliklərə gəlincə isə Səyyad Əlizadənin bu yaxınlarda "Azərbaycan" adlı böyük layihəsi gerçəkləşib. Layihədə Səyyad Əlizadə ilə yanaşı, xalq artisti Niyaməddin Musayev, İbrahim Borçalı və meyxana ustası Namiq Məna da iştirak ediblər. Albom hazırlığına gəlincə isə Səyyad Əlizadənin yaxın zamanlarda "Sənin üçün oxuyuram" adlı toplumu da işıq üzü görəcək. Kompakt-disk şəklində çıxacaq alboma xalq mahnıları ilə yanaşı, Hikmət Aslanovun. Razim Paşayevin bəstələri də daxil edilib. Çox güman ki, Səyyad Əlizadə albomda yer alan "Sənin üçün oxuyuram" adlı mahnısına klip də çəkdirəcək. Rejissor kimi isə Nailə Əkbərovaya müraciət olunub. Bu ayın sonunda isə Səyyad Əlizadənin Rusiyaya qastrol səfəri nəzərdə tutulub. Bundan əlavə o da məlumdur ki, bu il Səyyad Əlizadənin rəhbərlik etdiyi "Bəyaz gecələr" instrumental ansamblının 15 illik yubileyi qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti