...

Nazpəri Dostəliyevaya oxşamağımın harası pisdir? – Azərbaycan müğənnisi Arzu Mələk

Cəmiyyət Materials 22 Aprel 2008 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Müğənni Arzu Mələk onu əməkdar artist Nazpəri Dostəliyeva bənzədənlərə cavab verdi. TrendLife-a danışan sənətçi, təvazökarlıqdan uzaq olsa da birinci növbədə öz gözəlliyini ön plana çəkdi: "Dəfələrlə tanımadığım insanlar yaxınlaşıb qəribə sualla müraciət edirlər: "Arzu xanım, sizin valideynlərinizdən biri təsadüfən rəssam deyil?".

Gözəl olmağım kimlərisə təəccübləndirirsə, bu məni çox sevindirir. Sualı ünvanlayanlara da, sizlərə də deyirəm ki, anadan doğulandan fərqli gözəlliyə malikəm. Heç bir cərrahiyyə əməliyyatı keçirməmişəm".

Arzu Mələk, Nazpəri xanımın ünvanına da xoş sözlər işlətdi: "İndinin özündə də məni Nazpəri Dostəliyevaya bənzədirlər. Bunu adi qəbul edirəm. İnsan-insana oxşayar da. Özüm də hiss edirəm ki, Nazpəri xanıma oxşayıram. Nazpəri Dostəliyevaya oxşamağımın harası pisdir? O da çox gözəl xanımdır. Digər tərəfdən sevindirici haldır ki, məni məhz bu cür gözəl, xanım -xatun sənətkara bənzədirlər".

Xəbər lenti

Xəbər lenti