...

FİDE rəhbərinin təklifi detallı şəkildə müzakirə olunacaq – Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti

Cəmiyyət Materials 22 Aprel 2008 17:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir Z.Səfərov/ FİDE prezidenti Kirsan İlyümjinovun Bakıda Şahmat Sarayının tikilməsinə dair təklifi detallı şəkildə müzakirə olunacaq. Bu barədə Milli Federasiyanın vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

O qeyd edib ki, bu məsələ ətraflı nəzərdən keçirilir və gələcəkdə həyata keçiriləcək. "Azərbaycandakı dərin şahmat ənənələrini də nəzərə alsaq, bu, çox gözəl ideyadır. Bu ideya mütləq reallaşdırılacaq, sadəcə olaraq bir çox detalların yoluna qoyulması üçün vaxt lazımdır", - deyə Məmmədov bildirib.

Şahmat Sarayının tərkibində Akademiya və muzey fəaliyyət göstərəcək. Bununla yanaşı, FİDE Qran-Prisinin açılışında iştirak etmək üçün Bakıya gələn İlümjinov həmçinin Bakıda qadınlar arasında dünya çempionatının keçirilməsi üçün imkanların olduğunu da ifadə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti