...

Azərbaycanın cüdo yığmasının liderlərindən biri Olimpiadadan sonra karyerasını başa vurmaq niyyətində deyil

Cəmiyyət Materials 22 Aprel 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın cüdo yığmasının veteranlarından biri olan Mövlud Mirəliyev ( 100 kq) Olimpiadadan sonra karyerasını başa vurmaq niyyətində deyil.

Karyerası ərzində ikinci dəfə Olimpiadaya vəsiqə qazanan idmançının Trend a verdiyi məlumata görə, o, Pekin Oyunlarından sonra da yüksək səviyyədə çıxışlarını davam etdirmək niyyətindədir. "Ağırçəkililərin öz döyüş xüsusiyyətləri var. Burada çox şeyi fiziki göstəricilər və taktki davamlılıq həll edir. Hələ ki, mən özümdə döyüş əzmi hiss edirəm və Olimpiadadan sonra da çıxışımı davam etdirmək istərdim", - deyə Mirəliyev bildirib.

Ötən Olimpiadada bürünc medallar uğrunda təsəlliverici döyüşdə məğlub olan Mövlud hazırda yığma komandanın tərkibində Kislovodskda təlim-məşq toplanışındadır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : trend @trend.az

Xəbər lenti

Xəbər lenti