...

Azərbaycan boksçuları Olimpiadaya Qazaxıstanda hazırlaşacaqlar

Cəmiyyət Materials 22 Aprel 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend ,müxbir Z.Səfərov/ Pekində keçiriləcək Olimpiadaya vəsiqə qazanmış Azərbaycan boksçuları Samir Məmmədov ( 51 kq) və Şain İmranov ( 57 kq) xüsusi plan üzrə Oyunlara hazırlaşacaqlar.

Milli Federasiyanın prezidenti Ağalar Əbiyevin Trend a verdiyi məlumata görə, atletlər təlim-məşq toplantılarını Qazaxıstanda keçirəcək, məşqlərin sonunda isə beynəlxalq turnirdə iştirak edəcəklər. "Hazırda bizim əsas prioritetimiz boksçularımızı Olimpiadaya hazırlamaqdır. Komandamız Pekinə azsaylı tərkiblə getsə də, idmançılarımız mükafata əsas namizədlərdən hesab olunur və Oyunlarda uğurla çıxış etmək iqtidarındadırlar"- deyə Əbiyev qeyd edib.

Afinada keçirilmiş son lisenziyalı turnirdə komanda Pekinə heç bir vakansiya əldə etməyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti