...

Xəyyamla bacı-qardaş münasibətimiz var - rəqqasə Göyçək Fatimə

Cəmiyyət Materials 23 Aprel 2008 11:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Medianın gündəmdə saxladığı xəbərlərdən biri də rəqqasə Göyçək Fatimə ilə müğənni Xəyyam Nisanov arasında yaşanan sevgi-məhəbbət macərasıdır. Yazılanlara görə cütlük isti münasibətlərindən kimsənin xəbər tutmaması üçün, özlərini hər yerdə sırf dost kimi qələmə verirlər. Baş verənlərlə bağlı TrendLife-a məlumat verən Fatimə və Xəyyam, yayılan söhbətlərin əsassız olduğunu bildiriblər. Öncə Fatimə danışdı: "Bilmirəm son vaxtlar nə səbəbdən hamı adımı qalmaqallarda hallandırmağa çalışır. Amma mən yaradıcı insanam və ancaq öz işlərimlə məşğulam. O ki, qaldı Xəyyamla aramızda nələrinsə yaşanmasına, vallah eşitdiklərinizin hamısı yalandır. Xəyyamla bacı-qardaş münasibətimiz var".

Xəyyam isə verdiyi cavabla bu məsələyə aydınlıq gətirməkdən çox məharətlə yayındı: "Bilirsiz ki, Fatimə xanım oxumağa qərar verib. Bu işdə bir qardaş kimi ona kömək edəcəyimə çalışacağam. Çünki, Fatimə kimi xanımların estrada səhnəsində olmaları çox gərəklidir".

Xəbər lenti

Xəbər lenti