...

Niyaməddin Musayev yersiz iddia edir – Güldəstə Nəsib

Cəmiyyət Materials 23 Aprel 2008 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel /müx. TrendLife Günel Əhmədova

"Gecələr" mahnısı iki il öncə Müəllif Hüquqları Agentliyində Bəhram Nəsibovun mahnısı kimi qeydiyyatdan keçib. Əslində, qeydiyyat məsələsini Niyaməddin Musayevin əsassız fikirlərindən sonra həyata keçirmişik. Çünki həmin sənətçi dəfələrlə özünü mahnının müəllifi kimi təqdim edirdi" - bu sözləri TrendLife-a bəstəkar Bərham Nəsibovun qızı Güldəstə Nəsib bildirib. Onunu əlavəsinə görə, hətta Niyaməddin Musayevin iddia etdiyi "Daşlı qala" da onun mahnısı deyil:

İkinci mahnının əsil müəllifini təsdiq edən sənədlər ortaya çıxdıqdan sonra, müğənni bu barədə artıq danışmadı. Daha sonra "Axtarma məni" mahnısına gözünü dikdi. Bunun da müəllifinin kimliyini göstərən sənədlər təqdim edildikdən sonra atamın mahnısı üzərində dayanmağa qərar verib".

Bəhram Nəsibova məxsus "Gecələr" mahnısının qeydiyyatdan keçdiyini diqqətə çatdıran Güldəstə Nəsib, musiqili əsərə vaxtilə Bəstəkarlar İttifaqının rəy bildirdiyini də söylədi:

"Biz də faktı təsdiq edən lent yazıları var. Belə ki, atam mahnını tarda ifa edir və ağzında zümzümə edərək onu lentə köçürür. Bunun tarixi 1974-cü ilə təsadüf edir".

Bəstəkarın qızının iddasına görə, 98-ci ildə Bəhram Nəsibova həsr olunan yubiley tədbirində iştirak edən Niyaməddin Musayev həmin mahnını tədbir iştirakçılarının birinin ifasında eşitmişdi, - "əgər mahnı ona məxsus idisə, niyə etiraz səsini həmin tarixdə yox, indi bildirir?" - deyə, həmsöhbətim bildirdi.

Xatırladaq ki, xalq artisti Niyaməddin Musayev müsahibələrinin birində "Gecələr" mahnısının Bəhram Nəsibova yox, ona məxsus olduğunu bildirmişdi. Bundan xəbər tutan Bəhram Nəsibovun ailəsi müğənninin fikirlərinin təkzib edən sənədlərlə çıxış etməyə başlayıblar.

Qeyd edək ki, yaxın günlərdə məsələ ilə bağlı Müəllif Hüquqları Agentliyinin mövqeyi də işıqlandırılacaq.

Xəbər lenti

Xəbər lenti