...

İnsan alverinə qarşı mübarizə məsələləri Riqada müzakirə olunacaq

Cəmiyyət Materials 23 Aprel 2008 13:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 aprel/ Trend , müxbir İ.Əlizadə/ İnsan alverinə qarşı mübarizə məsələləri Latviya paytaxtı Riqada müzakirə olunacaq. "Aprelin 25-dən 27-dək Riqada Baltik Assambleyasının, Şimal Şurasının və Beneluks Parlamentlərarası Məşvərət Şurasının insan alverinə dair mübarizəyə həsr olunmuş üçtərəfli konfransı  keçiriləcək", -deyə çərşənbə günü Milli Məclisin mətbuat xidmətindən Trend -a bildirilib.

İclasda demokratik cəmiyyətdə insan alveri ilə bağlı mübarizənin metodları, bununla bağlı mövcud qanunvericiliklərin təkmilləşdirilməsi, yeni hüquqi  təşəbbüslər, bu sahədə qeyri-qanuni miqrasiyanın  qarşısının alınması, baş verən cinayətlərdə məsuliyyəti olan şəxslərin cəzalandırılması və digər məsələlər müzakirə ediləcək.

İclasda Azərbaycanı Milli Məclisin deputatı Əli Məsimli təmsil edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti