...

Gəncədə lisenziyasız fəaliyyət göstərən stomatoloji kabinet bağlanıb

Cəmiyyət Materials 23 Aprel 2008 17:35 (UTC +04:00)

Azərbaycan, Gəncə, 23 aprel / Trend , müxbir V. Məmmədov/ Gəncədə lisenziyasız fəaliyyət göstərən stomatoloji kabinet bağlanıb.

Bu barədə Trend a məlumat verən Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Asim Kazımov bildirib ki, yoxlama zamanı məlum olub ki,şəhərin Dədə Qorqud küçəsi, ev 84 ünvanında yerləşən stomatoloji kabinet lisenziyasız fəaliyyət göstərib. Həmçinin kabinetdə həkim işləyən Anar Həmidovun tibbi təhsili olmadığı məlum olub.

Diş kabinetində yoxlamaya səbəb Qayıbov küçəsi, 1-ci döngə, ev 21 ünvanında yaşayan Anar Həsənov tərəfindən Mərkəzə daxil olan şikayət olub.

Şikayətçi diş kabinetində onun dişlərinin düzgün müalicə olunmadığını bildirib və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsini, həkim barəsində müvafiq tədbirlərin görülməsini tələb edib.

Ştkayətçi faktla bağlı Gəncə şəhər Prokurorluğuna da mürəciət edib.

Mərkəzin rəhbəri bildirib ki, şəhərdə lisenziyasız fəaliyyət göstərən diş kabinetləri və apteklərin aşkarlanması istiqamətində araşdırmalar aparılır.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti