...

Bakıdakı sürüşmə zonasında qanunsuz tikinti işləri aşkarlanıb

Cəmiyyət Materials 24 Aprel 2008 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bakının sürüşmə zonasında qanunsuz tikinti işlərinin Aparildiğini aşkarlayıb. Bu barədə cümə axşamı Trend -a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Səbayel rayonunun Bayıl yamacı adlanan ərazisi sürüşmə zonası hesab edilir. Həmin ərazidə son 10 ildə bir neçə dəfə sürüşmə faktı qeydə alınıb. Ona görə də həmin ərazidə hər hansı tikinti işlərinin aparılması qadağan olunub.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Bakı şəhər Ərazi Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları keçirdikləri reyd zamanı Səbail rayonu, Neftçilər prospekti 57 ünvanda yerləşən sürüşmə zonası olan 110 m2-lik yaşıllıq ərazinin Bakı Elektrik Şəbəkə tərəfindən yarımelektrik stansiyanın tikintisi məqsədilə hasara alındığı faktını müəyyən edib.

Faktla əlaqədar Departament tərəfindən Bakı şəhər və Səbail rayon İcra Hakmiyyətlərinə telefonoqrammalar göndərilib və həmin ünvanda hər hansı bir tikinti işinin aparılmasının məqsədəuyğun hesab edilmədiyi, həmin ərazidə hasarın sökülməsinin və ərazinin əvvəlki görkəminin bərpa olunması və tikintinin dayandırılması üçün tədbirlərin görülməsinin zəruriliyi bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti