...

AFFA-nın Hakimlər Komitəsi alman hakimdən razı qalmayıb

Cəmiyyət Materials 24 Aprel 2008 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov futbol üzrə ölkə kubokunun "İnter"lə "Neftçi" arasındakı yarımfinal oyununu idarə edən alman hakim Babak Rafatidən razı qalmayıb. "Almaniyalı FİFA hakiminin idarəçiliyi xoşuma gəlmədi. Bizim yerli hakimlər ondan yaxşı nəsə öyrənə bilməz" cümə axşamı Trend a Məmmədov deyib.

Məmmədov HK-nın sədri vəzifəsinə bu il aprelin əvvəllərində təyin olunub. O, Murad Məmmədovu əvəzləyib.

HK sədrinin dediyinə görə, Rafati Azərbaycanın futbol üzrə Premyer-Liqasının 17-ci turu çərçivəsində "Neftçi" - "İnter" oyununu idarə etmiş Mark Simonnla eyni səviyyədədir. "Bu mövsüm Azərbaycana gəlmiş alman hakimlər arasında ən səviyyəlisi Knut Kirxer olub" - Məmmədov əlavə edib.

Azərbaycan çempionatının 16-cı mövsümündə oyunları idarə etmək üçün 3 dəfə Almaniyadan hakimlər dəvət olunub. Premyer-Liqanın 21-ci tura təsadüf edən və ən prinsipial oyunu sayılan "Olimpik" - "Neftçi" görüşünü Kirxer idarə edib.

Məmmədovun bildirdiyinə görə, Premyer-Liqanın qalan turlarında da prinsipial oyunları idarə etmək üçün Almaniyadan hakimlər dəvət olunacaq.

Premyer-Liqada sonuncu turun oyunları mayın 25-də keçiriləcək. Qarşıdakı turlarda "İnter" - "Olimpik", "Neftçi" - "Xəzər-Lənkəran", "Xəzər-Lənkəran" - "Olimpik" oyunları ən prinsipial oyunlar sayılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti