...

Azərbaycan diasporunun fəaliyyət istiqamətlərindən biri qondarma "erməni soyqırımı"nı ifşa etməkdir – Dövlət Komitəsi rəsmisi

Cəmiyyət Materials 24 Aprel 2008 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan diasporunun bütün il boyu keçirdiyi tədbirlərin əsas məqsədlərindən biri də qondarma "erməni soyqırımı" iddialarını ifşa etməyə yönəlir - Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev Trend a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi qondarma "erməni soyqırımı" iddialarını ifşa etmək üçün aprelin 24-də xüsusi tədbirlər keçirmir, lakin Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin əsas istiqamətlərindən biri də Ermənistanın işğalçılıq siyasətini dünyaya çatdırmaq, yalançı, uydurma iddialarını ifşa etməkdir.

Hacıyev qeyd edib ki, Azərbaycan-Türk Diaspor təşkilatları Koordinasiya Şurasının martda keçirilən Berlin konfransının, Bakıda keçirilmiş Türk dövlət və topluluqların dostluq, qardaşlıq qurultayının və digər tədbirlərin bəyannamələrində də göstərilib ki, yalançı erməni iddialarını ifşa etmək üçün səylər birləşdirilməlidir: "Diaspor təşkilatlarımızın fəaliyyətindən, son zamanlarda Azərbaycanın dostlarının çoxalmasından ermənilər artıq narahatlıq keçirirlər"-deyə Hacıyev bildirib.

Türkiyə hökuməti qondarma "erməni soyqırımı" iddialarını təkzib edir və rəsmi bəyanatlarda bildirilir ki, 1915-ci ildə Osmanlı İmperiyasında təhlükəsizliyin təmin edilməsi məqsədilə, orada yaşayan erməni əhalisinin bir yerdən digər yerlərə köçürülməsi qərarı heç bir halda "soyqırım" sayıla bilməz. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistana rəsmi müraciətlərində hər iki ölkənin arxivlərinin açılması, ortaq tarixçilər qrupu yaradılaraq, 1915-ci il hadisələrinin onlar tərəfindən araşdırılmasını təklif edib. Ermənistan tərəfi indiyədək bu müraciəti cavabsız qoyub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti