...

"Şeron" qrupu yeni klip çəklişlərinə başlayablar

Cəmiyyət Materials 24 Aprel 2008 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. TrendLife Safura/

"Şeron" qrupu "Sarı gəlin" mahnısına klip çəklişlərinə başlayır. Rejissoru Ülviyyə Könül olan bu əsərin çəklişləri Mərdəkan qəsəbəsində həyata keçiriləcək. Klipin süjet xəttinə gəldikdikdə isə, qrup üzvləri bundan xəbərsiz olduqlarını söylədilər. "Hər bir iş rejissora həvalə olunub".

Ülviyyə xanımla əlaqə saxlayıb, klip haqqında maraqlandıqda, o, bizə "hər bir klip çəkdirən insan, onun süjet xəttindən agahdır. Və mən qrup üzvləri ilə bu haqda danışmışam. Yaqin onlar unudublar" deyə söylədi.

"Bəs, bu klip digərlərindən nə ilə fərqlənəcək və hansı məbləğə başa gələcək" sualına rejissor bu cür cavab verib. "Bu adi klip olacaq. Heç bir fərqliliyi yoxdur. Şeronçulara hazır məhsul lazımdır. Bu da o qədərdə məbləğ aparmayacaq".

Bundan əlavə A. M. Quliyev də müğənni Abbas üçün eyni adlı mahnıya klip çəkir. A.M. Quliyevin sözlərinə görə əsərin çox maraqlı süjet xətti var.

Xəbər lenti

Xəbər lenti