...

Müğənnilər İlhamə Quliyeva və Ədalət Şükürov Dağıstan bəstəkarlarının mahnılarını ifa edəcəklər

Cəmiyyət Materials 24 Aprel 2008 17:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel /müx. TrendLife Nigar Musayeva/

Azərbaycan musiqiçilərinin dördünün adı Dağıstan xalq və əməkdar artist siyasına daxil olub. Aprelin 22-də Dağıstan Respublikasının prezidenti belə bir əmr verib ki, Aftandil İsrafilov, İlhamə Quliyeva, Azər Zeynalov xalq, Ədalət Şükürov əməkdar artist adı ilə təltif olunsun. Mükafatlar bir aydan sonra Dağıstan prezidentinin Azərbaycana gəlişi zamanı rəsmi olaraq müğənnilərə təqdim olunacaq. İlhamə Quliyevanın mətbuat katibinin TrendLife-a verdiyi məlumata görə, hazırda müğənni anasının ölümü ilə əlaqədar yaradıcılığına fasilə verib. Lakin gələcəkdə öz repertuarına Dağıstan mahnılarını daxil edəcək. Mətbuat katibi sonda onu da bildirdi ki, İlhamə xanım Azərbaycanda prezident seçkiləri ərəfəsində solo konsert vermək niyyətindədir.

Müğənni Ədalət Şükürova gəldikdə isə artıq onun dağıstanlı bəstəkar Murad Süleymanova aid iki mahnısı hazırdır. Həmin mahnılar hətta yeni alboma da daxil ediləcək. Bundan əlavə iyunun 14-də müğənnin Maxaçkalada solo konserti də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti