...

Azərbaycanlı alim "Azadlıq" qəzetindən və qəzetin əməkdaşından 40 min manat təzminat tələb edir

Cəmiyyət Materials 24 Aprel 2008 17:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Ədəbiyyatşünas alim "Azadlıq" qəzetindən və qəzetin əməkdaşından 40 min manat təzminat tələb edir.

Ədəbiyyatşünas alim İslam Sadıqovun qəzetin oktyabr ayında çıxan bir neçə sayında dərc olunmuş "Koroğlunu suya basar" başlıqlı, "İslam Sadıqov Koroğlunun başına nə oyun açır" yarımbaşlıqlı məqalədə şərəf və ləyaqətinin alçaldıldığını iddia edir.

Cavabdehlərin nümayəndəsi, vəkil Elçin Sadıqov Trend a bildirib ki, Bakının Yasamal rayon məhkəməsində cümə axşamı keçirilən prosesdə məqalənin linqvistik ekspertizaya göndərilməsi barədə qərar qəbul edib.

Ekspertiza həmin məqalədə şərəf və ləyaqəti alçaldan fikirləri müəyyənləşdirəcək.

Alim "Azadlıq" qəzeti və məqalə müəllifi Elnarə Tofiqqızından ayrı-ayrılıqda 20 min manat təzminat tələb edir.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti