...

Azərbaycanda qeyri-ənənəvi təriqətə mənsub olan dini qrup zərərsizləşdirilib

Cəmiyyət Materials 25 Aprel 2008 11:22 (UTC +04:00)

Azərbaycan, Bərdə, 25 aprel / Trend , müxbir Ş.Cəliloğlu/ Bərdə rayonunda qeyri-ənənəvi təriqətə mənsub olan "Yeqova şahidləri" dini icmanın üzvləri zərərsizləşdirilib. Bu barədə cümə günü Trend -a Bərdə rayon Polis Şöbəsinin rəisi Ağalar Məhərrəmov məlumat verib.

"Yeqova şahidləri" dini icmasının fəaliyyəti üçün yalnız Bakıda icazə verilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, dini icmanın Bakıda fəaliyyəti üçün icma komitə tərəfindən qeydiyyata alınıb. Onların bölgələrdə fəaliyyəti isə qanunsuzdur. Çünki icma Dövlət Komitəsinin bölgələr üzrə nümayəndəliyindən qeydiyyata alınmayıb.

Məhərrəmovun sözlərinə görə, Bərdə polisinin keçirdiyi əməliyyat nəticəsində müəyyən edilib ki, rayonun 2 saylı orta məktəbinin ingilis dili müəlliməsi Nəsibə Quliyevanın rəhbərliyi altında "Yeqova şahidləri"nin üzvləri əhalini islam dininə xas olmayan yalanlarla icmaya cəlb ediblər.

Polis rəisi deyib ki, icma üzvləri əsasən yeniyetmələri və gənclərə müəyyən məbləğdə pul verməklə özlərinə cəlb ediblər. Əməliyyat zamanı zərərsizləşdirilən qrupdan yayımı qadağan olunan dini kitablar götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bərdə paytaxt Bakıdan 360 kilometr cənub-qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti