...

"Müxalifət" qəzeti əməkdaşının rektora qarşı iddiası təmin olunmayıb

Cəmiyyət Materials 25 Aprel 2008 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir K.Zərbalıyeva/ "Müxalifət" qəzetinin əməkdaşının Bakı Dövlət Universitetinin rektoruna qarşı iddiası təmin olunmayıb. Bu barədə cümə günü Trend a jurnalist Yaşar Ağazadə məlumat verib.

Qəzetin əməkdaşı Ağazadə ona vurulmuş mənəvi zərərə görə rektor Abel Məhərrəmovdan 10 min manat tələb edirdi.

Ağazadə 2006-cı ildə Universitetə qəbul olunmaq üçün sənəd verəndə rektorun köməkçisi Məzahir Sultanov jurnalistin BDU-nun fəaliyyəti ilə bağlı 2003-cü ildə tənqidi yazı verdiyini əsas gətirərək onun sənədlərini qəbul etməyib. Jurnalistə bildirib ki, Məhərrəmov Ağazadənin sənədlərinin qəbuluna icazə vermir. Ağazadə bundan sonra sənədlərini poçtla yollayıb.

Jurnalist rektorun bu hərəkətindən məhkəməyə müraciət edərək təzminat tələb etsə də, Bakının Yasamal rayon məhkəməsi iddianı təmin etməyib.

Ağazadə məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini deyib.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti