...

Azərbaycan ombudsmanı beynəlxalq təşkilatları Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırır

Cəmiyyət Materials 25 Aprel 2008 13:43 (UTC +04:00)
Azərbaycan ombudsmanı beynəlxalq təşkilatları Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırır

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir S.Ağayeva/ Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Dağlıq Qarabağda ombudsman seçilmə faktını qeyri-qanuni hesab edir.

"Bu addım Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə əlaqədar aparılan sülh proseslərini pozur, milyondan artıq azərbaycanlının və hətta keçirilən prezident seçkiləri müddətində öz vətəndaşlarının hüquqlarını pozan Ermənistanın fəaliyyətini ört-basdır edir"- ombudsmanın bəyanatında bildirilir.

Qondarma Dağlıq Qarabağ Milli Məclisinin Dövlət hüquq məsələləri üzrə daimi komissiyasının sədri Yuri Ayrapetyan bu qondarma respublikanın (DQR) ombudsmanı (insan haqlarının müdafiəçisi) seçilib.

Azərbaycanın ombudsmanı hesab edir ki, bu vəziyyət beynəlxalq təşkilatlar tərəfindən Ermənistana qarşı sanksiyaların tətbiq edilməsini zəruri edir.

"Biz növbəti dəfə bəyan edirik ki, Azərbaycan ərazisində yaradılmış və yalnız bu ölkənin qanunlarına əsaslanan strukturlar legitim ola bilər" - sənəddə vurğulanır.

İki Cənubi Qafqaz ölkəsiarasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb.1992-ci ildən etibarən Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend @ trend. az

Xəbər lenti

Xəbər lenti