...

Azərbaycanın qılıncoynatma ustası Səbinə Əmrahzadə İstanbulda keçirilən turnirə yola düşüb

Cəmiyyət Materials 25 Aprel 2008 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın qılıncoynatma ustası Səbinə Əmrahzadə İstanbulda aprelin 26-27-də keçiriləcək lisenziyalı turnirə yola düşüb.

İdmançı ötən günlərdə Ukraynada keçirdiyi təlim-məşq toplantısını başa vurub. Bu məşqlər qarşıdan gələn kvalifikasiya yarışına hazırlıq üçün olub. Yarışda Pekinə vakansiya qazana bilməyən idmançılar iştirak edəcəklər. Hər ölkə Türkiyəyə yalnız bir nümayəndəsini göndərə bilər, belə ki, lisenziya uğrunda mübarizə kifayət qədər çətin olacaq. Qarşıdan gələn yarışda Pekinə bileti yalnız finala çıxan idmançılar əldə edə biləcək, deməli, Səbinənin Oyunlara getmək perspektivləri çox ağır zəhmət tələb edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend @trend.az

Xəbər lenti

Xəbər lenti