...

İlhamə Quliyeva Dağıstan prezidentini özünə dost sayır

Cəmiyyət Materials 25 Aprel 2008 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx. TrendLife Günel Əhmədova/

Xəbər verdiyimiz kimi İlhamə Quliyeva Dağıstan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. TrendLife-la söhbətində müğənni respublikanın prezidenti Muxu Əliyev cənablarına təşəkkür məktubu ünvanladığını bildirib. Onun Dağıstanda təqdim etdiyi konsertlərinini yüksək qiymətləndirildiyini diqqətə çatdıran İlhamə xanım qonşu ölkənin başçısına bu cür müraciət edib:

"İcazənizlə, Azərbaycan mədəniyyətinə və incəsənətinə, şəxsən mənim yaradıcılığıma verdiyiniz yüksək qiymətə görə Sizə ürəkdən təşəkkürümü bildirəm. Sizin, Azərbaycan və Dağıstan xalqlarının arasındakı möhkəm dostluq və mehriban qonşuluq əlaqələrinin güclənməsindəki xidmətləriniz, təkcə Dağıstan deyil, eləcə də Azərbaycan xalqı üçün gözəl nümunədir.

Sizi Azərbaycanda görkəmli dövlət xadimi və beynəlmiləl bir insan kimi tanıyırlar. Dəfələrlə ölkənizi beynəlxalq arenada layiqincə təmsil etmisiniz".

Məktubda Azərbaycanın və Dağıstanın xalq artisti olan İlhamə Quliyeva ölkə başçısını öz dostu hesab etdiyini də vurğulayıb.

Xəbər lenti

Xəbər lenti