...

Moldovanın musiqi qrupları Sumqayıtda konsert veriblər

Cəmiyyət Materials 25 Aprel 2008 16:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx.TrendLife Fərid Sadıxov

Moldova mədəniyyət və incəsənət xadimləri Sumqayıtda konsert proqramı ilə çıxış ediblər. Tədbir Azərbaycanda Moldova mədəniyyət günləri çərçivəsində təşkil edilib. Konsertdə şəhər ictimaiyyəti ilə yanaşı Sumqayıtın icra başçısı Vaqif Əliyev, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Moldovanın Azərbaycandakı səfiri İon Robu da iştirak edib.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsindən TrendLife-a bildirilib ki, "Kimyaçılar" sarayında keçirilən konsertdə "Jok" Moldova Xalq Rəqs qrupu, "Catharsis", "Corcertino", "Adboxov qardaşları" musiqi qrupları çıxış ediblər. Konfsertə gələn tamaşaçılar Moldovanın xalq artisti Mixay Muntyanu, gənc ifaçılar Natalya Qordienko və Viktoriya Lunqu da dinləyiblər.

Xəbər lenti

Xəbər lenti