...

"Kristal qrupu" xeyriyyəçiliyə çağırır

Cəmiyyət Materials 25 Aprel 2008 16:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Xanımlardan ibarət yeganə pop-üçlüyü olan "Kristal qrupu"nun qızlarının yaradıcılıqlarında yeni bir səhifə açılır. Bu haqda TrendLife-ı qrupun qocaman ifaçılarından olan Lalə məlumatlandırdı: "Repertuarımıza daxil olan mahnıların böyük əksəriyyətində həmişə sevgidən bəhs edilib. Amma indi yenilik etməyə qərar vermişik. Atılımış-valideyn himayəsindən məhrum olan körpələrin həyatından danışan bəstənin müəllifi "Qızıl Aypara" cəmiyyətinin rəhbəri Novruz Aslandır. "Uşaqlarınızın gələcək taleyini düşünün!" devizi altında klip də çəkilib. Çox güman ki, mayın əvvəllərində həmin ekran işini həm KİV nümayəndələrinə, həm də pərəstişkarlarımıza təqdim edəcəyik".

Xəbər lenti

Xəbər lenti