...

Mən "bozbaş müğənni" deyiləm –müğənni Manaf Ağayev

Cəmiyyət Materials 25 Aprel 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Şou-sakinlərinin müzakirə etdiyi mövzulardan biri də "bozbaş müğənni" terminidir. Səhnəyə yeni gələn ifaçılar əgər qısa zaman ərzində məşhur ola bilməsələr, üzərlərinə bu damğa yapışdırılır. Bütün bunların əleyhinə çıxan müğənni Manaf Ağayev, TrendLife-a verdiyi açıqlamasına bu sözlərlə başladı: "Şou-biznezdə çox qəribə şeylər baş verir. Nədənsə müğənnilərin əksəriyyəti özünü ağa kimi göstərir. Səhnəyə təzə çıxan istedadlı gənclərin kölgədə qalmasına hər vəchlə çalışanlar da az deyil. Özü də dəhşət orasındadır ki, ifaçı səs imkanlarını nümayiş etdirməmişdən, kürəyinə "bozbaş" damğası vurulur. Bu nə dərəcə də doğru addımdır?"

Sualına cavab axtaran sənətçinin, özü barəsində deyilən eyni titula münasibəti belə oldu: "Mən "bozbaş müğənni" deyiləm. Sadə bir misal çəkmək istəyirəm. Əgər Manaf Ağayev "bozbaş müğənni"dirsə, nəyə görə oxuduğu "Ay canı yanmış" mahnısı əksər müğənnilərin toy repertuarını bəzəyir? Bu sözlərlə kimisə təhqir etmək fikrim yoxdur. Ancaq xəbərdarlıq edirəm ki, bundan sonra hansısa həmkarım ünvanıma bu sözü işlətsə, çox sərt cavabımı eşidəcək".

Xəbər lenti

Xəbər lenti