...

Qrossmeysterlər Şəhriyar Məmmədyarov və Vüqar Həşimov FİDE Qran-Prisində heç-heçə oynayıblar

Cəmiyyət Materials 25 Aprel 2008 20:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend / Azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Vüqar Həşimov FİDE Qran-Prisinin birinci mərhələsinin beşinci turu çərçivəsində öz aralarında heç-heçə oynayıblar.

Həşimov mətbuat konfransında qeyd edib ki, debütdə səhvə yol verib və o ilkin oyun planını dəyişməyə məcbur olub. Şəhriyar həmçinin qeyd edib ki, turdan əvvəl xüsusi olaraq Vüqarın iştirakı ilə olan partiyaları öyrənib və oyuna hazırlaşıb. "Mən Rusiyada komanda çempionatında Yakovenkoya qarşı işlətdiyim fransız müdafiəsindən istifadə etdim. Bəli, mən onu tez-tez oynamıram, lakin öz repertuarımı müxtəlifləşdirməyə çalışıram", - Şəhriyar qeyd edib.

Partiyanın gedişində Şəhriyar risk etməmək, sakit oynamaq qərarına gəlib və bunun nəticəsində yekunda heç-heçə qeydə alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti