...

Şou-biznesdə sənətdən başqa, nə desən var – müğənni Abbas Əhməd

Cəmiyyət Materials 28 Aprel 2008 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /müx. TrendLife Günel Əhmədova

Bir neçə aydır Bakıdayam. Şou-biznesdəki prosesləri hələ ki, kənardan izləyirəm. Düzünü desəm, başım çox qarışıb. Yəni meydanda nələrin baş verdiyini müəyənləşdirməyə çalışıram. Bir nəticəyə gələ bilməmişəm. Çünki şou-biznesdə sənətdən başqa, nə desən var" - bu sözləri TrendLife-a müğənni Abbas Əhməd dedi.

Uzun illər Bakıdan kənarda yaşayan və günlərin birində Vətəndə çalışmaq niyyəti ilə Moskvanı tərk edən müğənni burada baş verən proseslərə özünü alət etmək istəmir. Onun fikrincə, meydan daha çox qeyri-peşəkarların əlindədir: "Mənə elə gəlir ki, Azərbaycan şou-biznesinə nümayəndə olmaq çətin proses deyil. Fikrimcə, bunun üçün insana bir qədər pul və əzilməmək üçün möhkəm iradə lazımdır. Bu amillər indinin əksər müğənnilərində özünü göstərir".

Azərbaycan estradasındakı xidmətlərini intensivləşdirməyi düşünən Abbas Əhməd bəzən tərəddüdlər etdiyini fikirləşdi. Onun əlavəsinə görə, meydana atılandan sonra təəssüf hissi keçirmək istəmir: "Çalışdığım qədər insanlarla az ünsiyyət yaradıram. Eyni zamanda özümü bəzi hadisələrə alət etmək istəmirəm. Çünki insanın oturduğu yerdə, adı iştirak etmədiyi hadislərdə halladırılır. Kiməsə belə bir imkan verməmişəm. Bundan sonra da ehtiyata davranmağa çalışıram".

Estrada sənətində özünəməxsus xidmətləri olan Abbas Əhməd bu günükü mahnı yaradıcılığından söz açdı. Onun fikrincə, müğənnilərin çəkisinə uyğun mahnılar yazır:

"Ciddi estrada demək olar ki, əvvəlki ritmini dəyişib. Bir-iki sənətçilər var ki, həmin xətt üzrə oxuyur, köhnə repertuardan bəhrələnirlər. Amma bizim və bizdən bir qədər sonra meydana gələn müğənnilərin əksəriyyəti fəaliyyət istiqamətini dəyişib, mahnılarını yüngülləşdirib. Onlar sənət üçün yox, daha çox günün tələbinə uyğun oxuyurlar. Ona görə də, estrada sənəti keyfiyyətini itirir. Əgər Azərbaycan şou-biznesinə daxil olsam, yüngül işlərdən özümü uzaq tutacam".

Xəbər lenti

Xəbər lenti