...

Həftə ərzində Azərbaycanda qeyri-sabit hava şəraiti olacaq

Cəmiyyət Materials 28 Aprel 2008 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda aprelin sonu mayın ilk günlərində hava şəraiti qeyri-sabit keçəcək. Bu barədə bazar ertəsi Trend -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, aprelin 28-dən mayın 2-nə qədər Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, qısamüddətli yağış yağacağı gözlənilir. Hesabat dövründə havanın temperaturu gündüz 20-25, gecə isə 12-15 dərəcə olacaq.

Aprelin sonu mayın əvvəlində Azərbaycanın rayonlarında da hava şəraiti qeyri-sabit keçəcək, əsasən gecə və axşam saatlarında şimşək çaxacaq, fasilələrlə yağış yağacaq. Temperatur tədricən 4-5 dərəcə düşəcək. Dağ çaylarında sululuğun artacağı proqnozlaşdırılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti