...

Azərbaycanın titullu klublarından biri birinci divizionda oynamağa razıdır

Cəmiyyət Materials 28 Aprel 2008 15:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel / Trend , müxbir R.Ergün/ Gəncənin "Kərəz" klubu növbəti mövsümdən mübarizəyə Azərbaycanın futbol üzrə Premyer-Liqasından yox, birinci diviziondan başlayacaq. Bu barədə bazar ertəsi AFFA-nın inzibati binasında keçirilən hesabat-seçki konfransında federasiya prezidenti Rövnəq Abdullayev deyib.

"Kəpəz" klubu maliyyə böhranı ilə bağlı Azərbaycan çempionatında mübarizəni 2006-cı ildən dayandırıb. Komanda çempionatda oynadığı son iki mövsümdə "Gəncə" adı altında çıxış edib.

"Kəpəz"in keçmiş baş məşqçisi Mehman Allahverdiyev Trend a klubun Premyer-Liqada yox, birinci divizionda oynamasının problem yaratmayacağını bildirib. "Əsas Gəncədə futbolun bərpa olunmasıdır. Biz birinci divizonda oynayıb bir ildən sonra Premyer-Liqaya vəsiqə qazana bilərik" - Allahverdiyev əlavə edib.

Allahverdiyev "Kəpəz"lə üç dəfə Azərbaycan çempionu olub, dörd dəfə ölkə kubokunu, bir dəfə gümüş, iki dəfə bürünc medalları qazanıb.

Keçmiş baş məşqçinin bildirdiyinə görə, Azərbaycan Premyer-Liqasında komandaların sayının artırılacağı gözlənilir və "Kəpəz" bu imkandan yararlanıb mübarizəyə birbaşa elitadan başlaya bilər.

Hazırda Premyer-Liqada 14 komanda iştirak edir. Qarşıdakı mövsümdən etibarən klubların sayının 16 olacağı gözlənilir.

İki il əvvəl maliyyə problemləri üzündən dağılan "Kəpəz" üçün yeni sponsor tapılıb. AFFA prezidentinin tapdığı sponsorun kimliyinə yaxın günlərdə aydınlıq gətiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti