...

Səhnə işıqları çox şirindir – əməkdar artist Sənubər İsgəndərli

Cəmiyyət Materials 28 Aprel 2008 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /müx.TrendLife Şahin Cavadsoy/

"Azəri Star-2008" in münsiflər heyətində təmsil olunan əməkdar artist - aktrisa Sənubər İsgəndərli iştirakçıların səhnə mədəniyyətləri barəsində heç də ürəkaçan sözlər söyləmir. Aktrisa deyir ki, müğənni səhnədə oxumaqla bərabər, həm də aktyorluq qabiliyyətini nümayiş etdirməlidir: "Səhnə işıqları çox şirindir. Ona görə də müsabiqə iştirakçıları bu şirinliyi dadmağa can atırlar. Artıq birinci həlledici həftə geridə qaldı. "Azəri Star -2008" adına iddialı olan olan gənclərin hər biri ilə apardığım söhbətlərdə onlara bir məsləhətim olur. Tamaşaçını aldatmaq qeyri-mümkünıdür".

Yaradıcılığındakı yeniliklər barəsində məlumat verən Sənubər xanım bildirdi ki, növbəti teatr mövsümünə qədər bir neçə tamaşada rol almalıdır: " Fəaliyyət göstərdiyim Akademik Milli Dram Teatrında biri neçə yeni əsərlər səhnəyə qoyulmalıdır. Amma hansı obrazla çıxış edəcəyim dəqiqləşmədiyindən, bu haqda geniş məlumat vermək istəmirəm".

Xəbər lenti

Xəbər lenti