...

Manana heç vaxt idealım olmayıb - "Azəri Star-2008" iştirakçısı Şahnaz Əliyeva

Cəmiyyət Materials 28 Aprel 2008 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /müx.TrendLife Şahin Cavadsoy/

"Azəri Star - 2008"in birinci həftəsində gürcü qızı Manana Caparidzenin "Neyləyim" mahnısını ifa etməklə münsiflərin qınaq hədəfinə tuş gələn iştirakçı Şahnaz Əliyeva danışdı. Şahnazın sözlərindən belə məlum oldu ki, münsiflərin dediyi kimi o, Manananın fanatı deyil: "Səs imkanlarımı nümayiş etdirmək üçün "Neyləyim" mahnısını seçdim. Manana heç vaxt idealım olmayıb. Sadəcə birinci həftə olduğundan, çox həyəcanlı idim. Yəqin buna görə mahnını tam özününküləşdirə bilməmişdim".

Müsabiqə iştirakçıları arasında qruplaşma varmı sualını, Şahnaz bu cür cavablandırdı: "Məncə indidən uşaqları hansısa qruplara bölmək düzgün olmazdı. Çünki, hər birimiz tamaşaçı tərəfindən sevilməyi qarşımıza məqsəd qoymuşuq. Digər tərəfdən qız iştirakçıları ilə demək olar ki, normal münasibətdəyik. Əgər dostluğa qruplaşma kimi qiymət verilərsə, bəli onda bu birlik var".

Xəbər lenti

Xəbər lenti