...

Dünya şöhrətli Ququş Bakıya gəlməkdən imtina etdi

Cəmiyyət Materials 28 Aprel 2008 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Hələ bir neçə ay bundan əvvəl xəbər vermişdik ki, dünya şöhrətli sənətçi Ququş yolunu Bakıdan salacaq. Ancaq vəd verilən tarix yaxınlaşdıqca, məlum olur ki, bu xəbər yalan imiş. Sözlərimizi təsdiqləyən də tapıldı. Cənubi Azərbaycandan olan həmyerliyimiz-müğənni Yaqub Zurufçu TrendLife - a söylədiklərindən belə aydın oldu ki, Ququş növbəti dəfə onu sevən pərəstişkarlarının gözlərini yolda qoyacaq: "Ququş xanımı, şəxsən tanıdığımdan bilirəm ki, o, edilən hər bir təklifi dəyərləndirib, hansısa ölkəyə qastrol səfərinə getmir. Hesab etmirəm ki, qonorar azlığından onun Bakı səfəri təxirə salınıb. Məncə təklifin dövlət tərəfindən edilməməsi, Ququşun Azərbaycana gəlişini yubadır. Öz adımdan deyirəm ki, bundan sonra Ququşun konsert proqramı ilə paytaxtımıza gəlməsi üçün durmadan çalışacağam".

Xəbər lenti

Xəbər lenti