...

Müğənni Elçin Hüseynov valideynlərinin təkidi ilə evlənir

Cəmiyyət Materials 29 Aprel 2008 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /müx. TrendLife Safura/

Müğənni Elçin Hüseynov mayın 23-də türk müğənnisi Çingiz Kürtoğlunu " Flaminqo" restoranına konsert verməyə dəvət edib. Konsertdən bir gün sonra isə adıçəkilən restoranda müğənnin toyu təşkil olunacaq. Bu haqda TrendLife-a müğənni özü danışıb. "Çingiz, toyuma qonaq qismində təşrif buyuracaq. Əlbəttəki, yerli müğənnilərimiz də bu şənlikdə iştirak edəcəklər. Bizim müğənnilər çıxış edəndə isə, Ç. Kürtoğlu dincələcək".

-Nüşabə Ələskərli oğlunun toyuna İbrahim Tatlısəsi dəvət etmişdi. Gördünüzdə, toyda nələr baş verdi. Həmin hadisənin təkrarlanacağından qorxmursunuz?

-Nüşabənin oğlunun toyu hər kəsə dərs oldu. İnanmıram ki, müğənnilərimiz özlərini yenə gülünc vəziyyətə salsınlar. Hər şeyin yaxşı keçməsindən əminəm.

-Gələcək həyat yoldaşınız kimdir?

-Cəlini mənim üçün valideynlərim seçib. Qohumumuzdur. Cəlilabad rayonundandır.Sadəcə olaraq, ailəsi Rusiyada yaşayır. Mən öz valideynlərimə hörmət edirəm. Dörd qardaş olmağımıza baxmayaraq, hamımız valideynlərimizin təkidi ilə ailə qurmuşuq.

-Bəs, sizin həyat yoldaşınız sizi qısqanmayacaq ki?

-Heç vaxt. Mən heç kimə şəxsi həyatıma qarışmağa izn vermərəm. Düşünürəm ki, Aysel də mənim sözümə qulaq asacaq.

Xatırladaq ki, "Flaminqo" restoranı 31 yaşlı müğənni Elçin Hüseynova məxsusdur.

Xəbər lenti

Xəbər lenti