...

AFFA alman hakimin oyunu idarəsindən narazı qalıb

Cəmiyyət Materials 29 Aprel 2008 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycan Futbol Federasiyaları Asossiasiyasının (AFFA) Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov "İnter" - "Olimpik" oyununu idarə edən alman referi Peter Sippeldən tam razı qalmayıb. "Sippel oyunu ancaq təcrübəsi hesabına idarə edirdi. Alman hakimin fiziki hazırlığı istənilən səviyyədə deyildi. Buna görə də oyun epizodlarından uzaqda qalırdı" - çərşənbə axşamı Trend a Məmmədov deyib.

"İnter" - "Olimpik" oyunu Azərbaycan Premyer-Liqasının 18-ci turundan təxirə salınmışdı. Bu görüşə kimi "Olimpik" çempionatda keçirdiyi oyunların heç birində uduzmamışdı.

Hazırda Azərbaycan Premyer-Liqasında 53 xalla "Olimpik" liderlik edir. "Neftçi" 48 xalla 2-ci, "İnter" isə 46 xalla üçüncüdür. Çempionatın başa çatmasına dörd tur qalıb.

Məmmədovun dediyinə görə, qarşıdakı günlərdə Hakimlər Komitəsinin tərkibinin müəyyənləşməsi gözlənilir. "Komitənin tərkibini müəyyən etmək üçün konkret gün təyin olunmayıb. Bu elə məsələdir ki, yaxşıca götür-qoy etmək lazımdır" - HK sədri əlavə edib.

Məmmədov HK-nın sədri vəzifəsinə bu il aprelin əvvəllində təyin olunub. Ondan əvvəl komitəyə Murad Məmmədov rəhbərlik edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti