...

Mənim xeyir-duamı Zeynəb Xanlarova verib – müğənni Elnur

Cəmiyyət Materials 29 Aprel 2008 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /müx. TrendLife Günel Əhmədova

Son vaxtlar Elnurun ifa tərzi bəzi musiqiçilər tərəfindən müzakirəyə çevrilib. Repertuarını adətən lirika üzərində quran ifaçının vaxtilə ünvanına eşitdiyi təriflər, indi bəzən tənqidə çevrilir. Qeyd olunur ki, Elnurun musiqidə gəzişmələri onun mahnını yazılmış notdan kənara çıxması, yəni, olduğu kimi ifa etməməsi kimi qiymətləndirilir. Vaqif Gərayzadə məktəbi keçən müğənninin özünəməxsus ifası barəsində söhbət açanlara fikrini öyrəndik. TrendLife-a bildirdiyinə görə, onun sənətdəki xeyir-duasını Xalq artisti Zeynəb Xanlarova verib:

"Əgər mənim yanıqlı oxumalarım qulaqda dissanaslıq yaratsaydı, Zeynəb xanım mənə istiqamətimi dəyişməyi məsləhət görərdi. Bir-iki nəfərin sözünün təsiri altına düşəcək qədər özümü zəif görmürəm. Mənim tərzim belədir və Zeynəb xanımla yanaşı, bir çox sənətkarlar bu uslubda oxumağımı bəyəniblər. Bəzi müğənnilər kimlərisə yamsılamaqla sənətə gəlirlər. Əgər korifey sətənkarı olduğu kimi təqlid edə bilirsənsə, bunun özü də, bacarıq tələb edir. Amma mən sırf öz yolumu oxuyuram. Heç kimi yamsılamıram".

Vaqif Gəryzadə məktəbi keçən tələbələrin bir çox janrların öhdəsindən məharətlə gəlidklərini sözünə əlavə edən müğənni:

"Azərbaycanda adı qızıl hərflərlə tarixə yazıla biləcək sənətkarlar var. Amma onların tələbələri barmaqla sayıla biləcək qədər azdırlar. Lakin Vaqif Gərayzadə məktəbi sözün əsil mənasında, dəryadır. Bura düşən ifaçının mütləq naxışı olmalıdır. Onu da qeyd edim ki, Vaqif müəllim hər kəsi tələbə kimi yetişdirmir. Əgər onun məktəbinə daxil oldun gecəli-gündüzlü çalışmalısan. Bunun özü də səbir tələb edir. Vaxtilə müəllimimiz bizə bir çox janrlarda oxumağı öyrədib. Estrada ilə yanaşı caz, klassik musiqiləri də bura aid etmək olar" dedi.

Estrada və milli üslubda özünü sınayan Elnur cazı mənimsəsə də, imkanlarını hələ səfərbər etmək niyyətində deyil. Onun fikrincə, əgər caz oxumağa başlasa, kiminsə ideyasını oğurladığı barədə söz yaymağa başlayacaqlar".

Xəbər lenti

Xəbər lenti