...

Milli Dram Teatrında yeni tamaşanın primyerası oldu

Cəmiyyət Materials 29 Aprel 2008 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /müx. TrendLife Nigar Musayeva/

Bu gün Milli Akademik Dram Teatrında Hidayyət Orucovun "İrəvanda xal qalmadı" tamaşasının primyerası keçirildi. Əsərin qurluşcu rejissoru Ağakişi Kazımovdur. Adıçəkilən pyes H. Orucov tərəfindən 1970-ci ildə yazılıb. Rollarda xalq artisti İlham Əskərov, Hacı İsmayılov, Elxan Ağahüseynoğlu, Xuraman Əliyeva və başqaları iştirak edib.

Xəbər lenti

Xəbər lenti