...

Azərbaycanla İraq idman sahəsində əməkdaşlığa başlayır

Cəmiyyət Materials 29 Aprel 2008 14:39 (UTC +04:00)
Azərbaycanla İraq idman sahəsində əməkdaşlığa başlayır

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir İ.Əlizadə/ İraq ilə Azərbaycan arasında idman sahəsində əlaqələr yaradılır. Bu barədə çərşənbə axşamı jurnalistlərə İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl məlumat verib. Səfirin sözlərinə görə, iki ölkə arasında idman sahəsində əlaqələrin yaradılması məsələsi İraqın idman naziri Casim Abid Cəfərinin iyunda Azərbaycana səfəri çərçivəsində müzakirə ediləcək.

Səfər Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun dəvəti ilə baş tutacaq.

Səfirin sözlərinə görə, hazırda səfərin proqramı hazırlanır və səfər çərçivəsində ikitərəfli əlaqələrin yaradılmasına dair sazişin bağlanacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti