...

Natəvan Həbibi ilə Elnur evləndilər

Cəmiyyət Materials 30 Aprel 2008 11:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx.TrendLife Şahin Cavadsoy/

Müğənni Xatunun qardaşının toyunda çox maraqlı hadisələr cərəyan etdiyindən, yəqin ki, ötən xəbərlərimizi oxuyub, yetərincə məlumatlandınız. Bu məlumatımız da Natavan Həbibi və Elnurun toyu barəsindədir.

Bəylə-gəlinin yerini boş görən cütlük, çaparaq onların masalarını özününküləşdirməyə çalışdılar. Onların bu hərəkəti toya gələn qonaqların da diqqətindən yayınmadı. Hər kəs Elnur və Nata ilə şəkil çəkdirməyə can atırdı. Lakin mehriban cütlük, TrendLife-ın kamerası önündə özlərini itirdilər. Öncə Elnur danışdı: "Nə danışırsınız? Biz evlənməmişik. Sadəcə mehriban iki dostuq. Sizin yaratdığınız imkandan yararlanıb deyirəm ki, toyumda Natəvan xanım fəxri qonağım kimi iştirak edəcək".

N.Həbibi, Elnurun sözlərini başını tərpətməklə təsdiqləyirdi. Amma "deyilənə görə nişanlın Ruslandan ayrılmağının səbəbi məhz Elnurdur"-sualını eşidəndə, susqunluğunu bu sözlərlə pozdu: "İstəməzdim xoş günümüzdə belə qan qaraldıcı olaylar barəsində danışım. Sözün düzü mən özüm Ruslandan ayrıldım".

Xəbər lenti

Xəbər lenti