...

Azərbaycanlı rəqqaslar ABŞ-da çıxış ediblər

Cəmiyyət Materials 30 Aprel 2008 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel/müx.TrendLife Fərid Sadıxov

Məlum olduğu kimi, aprelin son günlərində dünyanın müxtəlif yerlərində Qardaşlaşmış şəhərlər günü ilə əlaqədər tədbirlər keçirilir. Belə tədbirlərdən biri ABŞ-da təşkil olunub və orada azərbaycanlı rəqqaslar da çıxış ediblər. Rəqqaslarımızın çıxışı Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi və ABŞ-ın Los Angeles şəhərindəki Azərbaycan Konsulluğunun təşəbbüsü ilə təşkil olunub. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasından TrendLife-a verilən məlumata görə, Azərbaycanın əməkdar artisti Səbinə Qasımovanın rəhbərliyi altında 8 və 9-cu sinif şagirdləri Maya Əliyeva və Toğrul Şərifov Hyuston şəhərində çıxış ediblər. Rəqqaslarımızın çıxış Amerikan rəqqasları və müəllimləri tərəfindən çox maraqla qarşılanıb. Azərbaycanlı rəqqaslar öncə Hyustonun "Harmony Science Academy", "Walnut Bend Elementary School", "School For Performing and Visual Arts" məktəblərində milli rəqslərimizi ifa ediblər. Daha sonra onlar Hyuston şəhər mərkəzində keçirilən beynəlxalq festivala qatılaraq "Qardaşlaşmış şəhərlər" səhnəsində məharətlə Azərbaycan rəqs və mədəniyyət incəliklərini nümayiş etdiriblər.

Xəbər lenti

Xəbər lenti