...

Azərbaycanda rüşvət almaqda ittiham olunan hərbçinin məhkəməsi başlayıb

Cəmiyyət Materials 30 Aprel 2008 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir T.Abbasov/ Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə çərşənbə günü rüşvət almaqda ittiham olunan komandirin məhkəməsi başlayıb.

Məhkəmədən Trend a verilən məlumata görə, Müdafiə Nazirliyinin Bakıda yerləşən N saylı hərbi hissəsinin bölük komandiri Azər Mehralıyev tabeçiliyində olan əsgərlərdən rüşvət alaraq onları məzuniyyətə buraxıb.

İlkin məhkəmə baxışında ifadə verən Mehrəliyev özünü ona elan olunan ittihamlarda təqsirli bilməyib.

Məhkəmə prosesi gələn həftə şahid ifadələri ilə davam etdiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti