...

Azərbaycanda aspirant və magistrların hərbi xidmətə çığırılması məsələsinə yenidən baxılacaq

Cəmiyyət Materials 30 Aprel 2008 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti aspirant və magistrların hərbi xidmətə aparılması məsələsinə yenidən baxacaq. "Aspirant və magistrların hərbi xidmətə aparılması elmin inkişafına mane olur. Hazırda aspirant və magistrların hərbi xidmətə aparılmaması ilə bağlı layihə hazırlanır", - deyə çərşənbə günü Trend -a açıqlamasında Azərbaycan Parlamentinin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib.

Azərbaycan Parlamenti 2007-ci ilin əvvəlində "Hərbi xidmət keçmə əsasları haqqında" qanunda dəyişiklik edib. Dəyişikliyə əsasən, aspirant və magistrların hərbi xidmətə aparılmaması barədə güzəşt ləğv edilib.

Azərbaycanda hər il aspiranturaya 500 nəfərə yaxın şəxs qəbul olunur. Onlardan 250 nəfərə yaxınını oğlanlar təşkil edir.

"Hərbi xidmətə aparılan aspirantların və magistrların əksəriyyəti yenidən elm sahəsinə qayıtmırlar. Qayıdanların isə elmi işlərini necə davam etdirəcəyi məlum deyil. Onların hərbi xidmətə aparılması elmdə intensivlik və fasiləsizlik prinsipini pozur", - deyə millət vəkili əlavə edib.

Xəbər lenti

Xəbər lenti