...

Müğənni Coşğun Viləş yeni klip çəkdirir

Cəmiyyət Materials 30 Aprel 2008 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. TrendLife Türkan İmaməliyeva/

Gənc müğənni Coşqun Viləş Gövhər Həsənzadə ilə növbəti əməkdaşlığına başlayıb. O, "Gedəcəyəm" adlı mahnısını aranjeman etdirib. Sənətçi TrendLife-la söhbətində bildirib ki, adıçəkilən mahnıya klip də çəkdirəcək. Rejissora gəlincə isə müğənni Samir Kərimoğluna müraciət etməyi düşünür. Bundan əlavə Viləş sözləri və musiqisi Azər Nəsiboğluna məxsus olan "Varmı görən" adlı mahnını da lentə aldırıb. Gövhər Həsənzadənin mahnısına klip çəkiləndən sonra Coşqun Viləş Azərin mahnılarından birinə klip çəkdirməyi planlaşdırıb. Paralel olaraq Coşqun Viləş yeni albomu üzərində də çalışır. Belə ki, müğənni sadəcə, ikinci albomuna həm lirik, həm də ritmik musiqilər daxil etməyi düşünür.

Xəbər lenti

Xəbər lenti