...

Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar aparılacaq

Cəmiyyət Materials 30 Aprel 2008 16:09 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasında islahatlar aparılacaq

Azərbaycan, Bakı, 30 aprel/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) işçilərinin sayı yenidən ixtisar olunacaq. "Akademiyada aparılan islahatlar çərçivəsində işçilərin sayında müəyyən ixtisarlar olacaq" çərşənbə günü jurnalistlərə AEMA-nın prezidenti Mahmud Kərimov məlumat verib.

Son yeddi ildə Akademiyanın bir necə institutu ləğv olunub, bir necəsi birləşdirilib və nəticədə 1500 nəfərə yaxın işçi ixtisar olunub. Hazırda Akademiyanın 9509 nəfər işçisi var. Akademiyanın tərkibində 30-dan artıq institut, elmi mərkəz və muzeylər fəaliyyət göstərir.

Kərimovun fikrincə, Akademiyada elə sahələr üzrə strukturlar fəaliyyət göstərir ki, hazırda heç bir əhəmiyyət kəsb etmir və aktuallığını itirib: "Belə sahələrdə çalışanlar ya ixtisar olunmalı, ya da başqa şöbələrə keçirilməlidirlər. Hazırda bu məsələlərlə bağlı müzakirələr davam edir və dəqiqləşdirmələr aparılır".

Onun sözlərinə görə, Milli Elmlər Akademiyasında kadr və struktur dəyişiklikləri də aparılacaq və elmin prioritet istiqamətləri müəyyənləşdiriləcək: "Ən əsası isə elmin maliyyələşdirilməsinin yeni və bazar iqtisadiyyatına uyğun mexanizmləri hazırlanmalıdır" Kərimov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti