...

Fashion city" rəssamlıq akademiyasının tələbələrinə təqaüd ayırdı

Cəmiyyət Materials 30 Aprel 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /müx. TrendLife Günel Əhmədova

"The best model of Azerbaijan-2008"in hazırlıqları çərçivəsində daha bir görüş keçirilib. Xəbər verdiyimiz kimi müsabiqənin dünya üzrə prezidenti Erkan Özərman və 2-ci dünya gözəli Senem Kuyuluoğlu paytaxtın qonağıdırlar. Müsabiqənin rəhbəri Ruhi Əliyeva və koordinator Nəzakət Hacıyevanın təşəbbüsü ilə qonaqlar Rəssamlıq Akademiyasında qonaq olublar. Məktəbin rektoru Ömər Eldarovla keçirilən görüş zamanı qonaqlar modelyer-dizayner fakültəsinin tələbələrinin yaradıcılığı ilə yaxından tanış olublar. İlkin razılığa görə, "Fashion sity"nin 10 nəfərə yaxın tələbəsinə təqaüdlərin ayrılması nəzərdə tutulub. Ruhiyə isə onların imtahanlarında iştirak etmək və tələbələrin moda evi ilə yaradıcılıq mübadilələri aparması təklif olunub.

Layihənin koordinatoru Nəzakət Hacıyevanın TrendLife-a bildirdiyinə görə, iş problemi ilə üzləşən bəzi istedadlı tələbələrə gələcəkdə "Fashion sity"də işləmək şansı veriləcək. Görüş zamanı Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov Türkiyənin məşhur Memar Sinan Universiteti ilə akademiyanın əməkdaşlığından söz açıb və "Fashion sity"yə də gələcəkdə bu şansın verilə biləcəyini söyləyib.

Görüşdən sonra moda evinə yollanan tədbir iştirakçıları Ruhi xanımın təşkilatı işləri ilə tanış olublar. Türkiyəli gözəl Senem Kuyuluoğlu modelyer Zemfira Qurbanovanın libaslarından birini geyinib və bunları qeyd edib:

"Əminliklə deyirəm ki, üzərimdəki libasla fransalı modellərlə yarışa bilərsiniz".

Xəbər lenti

Xəbər lenti