...

Azərbaycanda jurnalistlərin həbsi seçkiqabağı vəziyyətə mənfi təsir göstərir – Avropa Şurasının nümayəndəsi (Video)

Cəmiyyət Materials 30 Aprel 2008 17:53 (UTC +04:00)
Azərbaycanda jurnalistlərin həbsi seçkiqabağı vəziyyətə mənfi təsir göstərir – Avropa Şurasının nümayəndəsi (Video)

Azərbaycan, Bakı, 30 aprel / " , müxbir K.Ramazanova/ Azərbaycanda jurnalistlərin həbsi seçkiqabağı vəziyyətə mənfi təsir göstərir. Bu barədə çərşənbə günü Bakıda Avropa Şurasının Bakı Ofisinin rəhbəri Denis Bribosia bildirib.

"Uğurlu seçkilərin keçirilməsi üçün vəziyyəti düzəltmək hələ ki, gec deyil", - deyə Bribosia vurğulayıb.

Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Azərbaycanda üç jurnalst - "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid, onun qardaşı, qəzetin əməkdaş Mirzə Sakit və "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev həbsdədir.

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti Azərbaycan hökumətini həbsdə olan jurnalistləri əfv etməyə çatğırmışdı. "Azərbaycanda jurnalistlər öz tənqidi məqalələrinə görə həbs edilirlər və onlar peşəkar fəaliyyətlərinə aidiyyatı olmayan hərəkətlərə görə ittiham olunular", - deyə ATƏT nümayəndəsi bildirib.

Rəsmi Bakı ATƏT nümayəndəsi tərəfindən deyilənlərlə əlaqədar təəssüfünü ifadə edib. "Haraşti Azərbaycanda mətbuatla bağlı vəziyyətə emosional və qeyri-peşəkar yanaşaraq çıxış edib", - deyə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbə müdiri Əli Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti