...

Azərbaycanın 5 güləşçisi Olimpiadaya vəsiqə uğrunda mübarizə aparacaq

Cəmiyyət Materials 30 Aprel 2008 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın yunan-roma güləşi üzrə yığma komandası mayın 9-da İtaliyanın Roma şəhərində start götürəcək "Milone Trophy" adlı lisenziya xarakterli turnirdə 5 çəki dərəcəsində mübarizə aparacaq. Bu barədə çərşənbə günü Trend a Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmisi Mətləb Abdullayev məlumat verib.

Pekin Olimpiadasına lisenziya qazanmaq üçün Romaya Vitali Rəhimov ( 60 kq), İlqar Abdulaov ( 74 kq), Şalva Qadabadze ( 84 kq), Aydın Səfərov ( 94 kq) və Anton Botev ( 120 kq) yollanıb. Yarış 3 gün davam edəcək.

Hər çəkidə mükafata layiq ilk dörd pilləni tutan pəhləvanlar Pekin Olimpiadasına vəsiqə qazanmaq şansı əldə edəcək.

Yunan-roma güləşçilərindən fərqli olaraq sərbəst güləş üzrə Azərbaycan yığması Olimpiadaya mümkün lisenziyaların hamısını qazanıb. Ümumilikdə Azərbaycan güləşçilərinin bu günə kimi Olimpiadaya qazandıqları lisenziyaların sayı 12-dir. Bu, Olimpiadada təmsil olunacaq idman növləri üzrə ən yüksək göstəricidir. Ən az lisenziyanın olduğu idman növləri isə taekvando (1 lisenziya), atçılıq (1) və atıcılıqdır (1).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti