...

İraqdakı müqavimət dəstələrinin müəyyənləşdirdiyi strategiya öz bəhrəsini verdi - Trend News-un icmalçısı

Cəmiyyət Materials 26 Avqust 2008 15:00 (UTC +04:00)
Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir R.Hafizoğlu/ ABŞ və koalisiya qüvvələrinin 2003-cü ildə başladığı müharibənin Səddam Hüseyn rejiminin süqutu ilə nəticələnməsinə baxmayaraq, bu müharibə ölkədə nizami ordudan fərqli olaraq, müxtəlif dini cərəyanlara və dini axınlara məxsus müqavimat qruplarının fəallaşmasına imkan yaratdı.
İraqdakı müqavimət dəstələrinin müəyyənləşdirdiyi strategiya öz bəhrəsini verdi - Trend News-un icmalçısı

Azərbaycan, Bakı, 21 avqust / Trend , müxbir R.Hafizoğlu/ ABŞ və koalisiya qüvvələrinin 2003-cü ildə başladığı müharibənin Səddam Hüseyn rejiminin süqutu ilə nəticələnməsinə baxmayaraq, bu müharibə ölkədə nizami ordudan fərqli olaraq, müxtəlif dini cərəyanlara və dini axınlara məxsus müqavimat qruplarının fəallaşmasına imkan yaratdı.

Əslində, bu qruplar ABŞ-ın İraqa müdaxiləsindən əvvəl də mövcud idi. Lakin Səddam rejiminin bu qruplara qarşı amansız mövqe tutması olnların ölkədə fəaliyyətini məhdudlaşdırmışdı.

Saddam rejiminin süqutu ölkədə anarxiyanın başlanması ilə nəticələndi. Bu da öz növbəsində müxtəlif dini qruplarn aktivləşməsinə və İraqa silah maqnatlarının axınına təkan verdi

İşğala qarşı "mübarizə" Əl-Qaidə üçün kimliyini, döyüş taktikasını sübüt etmək və tərəfdar toplamaq üçün qaçırılmaz bir fürsət idi.

Əl-Qaidənin Əfqanıstandan fərqli olaraq, İraqda daha aktiv olmasının səbəbinə gəlincə isə, bu, İraqda qəbilə və etnik müxtəlifliyin olması ilə əlaqəlidir. Bundan əlavə, İraq müsəlmanlarının bir qisminin şiə olması amili də Əl-Qaidəyə İraqda manevr etmək imkanı yaratdı.

Müharibənin daha da kəskinləşərək partizan müharibəsinə keçməsi ilkin mərhələdə zəif müqavimət aparan yerli müqavimət dəstələrinin daha da güclənməsi və müxtəlif adlar altında fəaliyyət göstərərək özlərinə tərəfdar toplaması ilə nəticələndi.

Bu qruplardan ən öndə olanı "Mehdi ordusu" və İraq İslam Ordusudur. Müharibə dövründə bu gruplar daha da mükəmməl formalaşaraq koalisiya qüvvələrinə silahlı muqavimat göstərməklə yanaşı, onlara qarşı yaradılmış informasiya blokadasını da yara bildilər.

Müharibənəin ilkin mərhələsində ABŞ İraqda mübarizə aparan bütün müqavimət dəstələrini əl-Qaidənin dəstəyi altında fəaliyyət göstərməkdə ittiham edirdi. Yerli süni müqavimət dəstələri də əl-Qaidə ilə iş birliyində olduqlarını inkar etmirdilər.

Lakin daha sonralar bü qüvvələrin bəziləri tam, bəziləri isə qismən əl-Qaidə terror şəbəkəsindən ayrıldılar.

Süni qrupların əl-Qaidədən ayrılmasının əsas səbəbi isə onların terror şəbəkəsindən siyasi düşüncə və və islami görüşləri baxımından fərqlənmələri ilə bağlı idi.

Əl-Qaidənin fəaliyyat dairəsi bir bir çox ölkələri əhatə etsə də, bura daxil olan qruplar yalnız İraq daxilində mübarizə aparmaqla kifayətlənməkdədirlər.

Bundan əlavə, əl-Qaidənin digər süni qruplara və şiə müsəlmanlarına qarşı daha radikal yanaşma tərzi mübarizə aparan süni qruplar və əl-Qaidə arasında mövcud olan əsas fərqlərdən biridir.

Əl-Qaidə terror şəbəkisindən ayrıldıqdan sonra tanınmağın və seçilməyin ən gözəl yolu isə cəlbedici adların seçilməsi ilə fəaliyyətə başlamaqdır.

İraqda mübarizə aparan İraq İslam Ordusunun mətbuat katibi Əli Nəimi adı çəkilməyən mənbəyə bunları söyləyib: "Bizim ordumuzun İraq İslam Ordusu adlandırılması əbəs yerə deyil. Belə ki, insanlar seçdiyimz ad altında bizim haqqımızda çox şeyi başa düşə bilərlər. Bizim seçdiyimiz adla, şüarlarla əməllərimiz eyni olmalıdır. İraq İslam Ordusu Amerika işğalına qarşı mübarizə aparan ən böyük ordudur".

Koalisiya qüvvələri və Maliki hökuməti dəfələrlə mübarizə aparan yerli müqavimət dəstələrinə silahı yerə qoyacaqları təqdirdə, ölkə siyasətində fəal iştirak edəcəklərinə dair vədlər versə də, bu

addım uqursuzluqla nəticələnib.

Maliki hökumətinin bu çağırışına cavab verilməməsinin əsas səbəbi isə hökumətə olan inamsızlıqla bağlıdır.

Iraq İslam Ordusunun mətbuat katibi həmçinin bunları qeyd etdi: "İraq hökuməti Amerikanın siyasi yalanlarını və Iran mollalarının fırıldaqlarını qarışmış mənfur bir koalisiyadır. Biz tarix boyu işğalçılara qarşı müqavimət göstərməkdən və vətəni qorumaq üçün özünü qurban verməkdən daha məqsədəuyğun yol olduğunu eşitməmişik."

İraq İslam Ordusunun belə bir strateqiya seçməsi isə öz real bəhrəsini verməkdədir. Belə ki, yalnız mübarizə və döyüş strateqiyasının seçilməsi yolu İraq İslam Ordusuna "Cihad və Islah Cəbhəsi" və "Iraq Müqaviməti Siyasi Şurası" kimi qrupların qoşulması ilə nəticələndi.

Regionda stabilliyin bərpa edilməsi üçün şiə və sünni alimlərinin keçirdikləri çox saylı konfranslar da öz bəhrəsini vermədi. Çünki ABŞ-ın dəstəyi ilə ölkədə gizli fəaliyyət göstərən "ölüm dəstələri"

adlı qrupların şiə və sünni liderlərinə qarşı təşkil etdikləri süi-qəsdlər şiə-sünni qərşıdurması ilə nəticələndi. Bu qarşıdurma hazırda da bəzən gizli, bəzən isə açıq şəkildə özünü göstərməkdədir.

Sadalanan bütün bu amillər onu söyləməyə əsas verir ki, yerli müqavimət dəstələrinin müəyyənləşdirdiyi strategiya öz bəhrəsini verdi - müqavimət daha da genişləndi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti